Ağsu nümayəndəliyində Qəza komissarı - assistent
PAŞA Sığorta

Iş haqqında

“PAŞA Sığorta” ASC namizədləri Ağsu nümayəndəliyində Qəza komissarı - assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi; • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi; • Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi; • Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi; • İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi; • Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi; • Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi; • Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək; • Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır; • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi. Bilik və bacarıqlar: • Ali təhsil; • Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması; • Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik; • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus dili biliyinin olmasına üstünlük verilir; • Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi; • Ünsiyyət qurmaq bacarığı; • Komanda ilə işləmək bacarığı; • Müştərilərlə iş üsulları biliyi. Son müraciət tarixi: 30 avqust, 2019-cu il Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: PAŞA Sığorta Title: Ağsu nümayəndəliyində Qəza komissarı - assistent [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.08.2019
  • Bitmə tarixi : 15.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 48
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PAŞA Sığorta
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az