İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi
Kontinent İnşaat MMC

Iş haqqında

İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi Funksiyaları İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqiqliklə və yuksək keyfiyyətlə yerinə yetiriməlidir.  İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq.  Fəaliyyət göstərdikləri sahədə, çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə  Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.  İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.  Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.  Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.  İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır.  İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq. Vəzifəyə olan tələblər  İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə ali inşaat ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 5 il iş stajı  Kompyuter biliyi: Word, Excel və İnternet  Nəzarət və qərar qəbul etmə qabiliyyəti.  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.  Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti, ingilis dili arzu olunandır Bilməlidir  İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;  tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;  bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;  iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;  podrat müqavilələrinin bağlanma və icra qaydalarını;  təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;  tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;  mülki və əmək qanunçuluğunun əsaslarını;  əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları. E - mail : [email protected] [hidestr] Company: Kontinent İnşaat MMC Title: İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.08.2019
  • Bitmə tarixi : 15.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 55
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kontinent İnşaat MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az