20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsoursing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı Kadrlar üzrə mütəxəssis tələb olunur. Kadrlar üzrə mütəxəssis Vəzifə öhdəlikləri: - E-gov portalında əməliyyatları icra etmək; - Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək; - Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək; - İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; - Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək; - Əmək kitabçalarında qeydlərin aparılması - Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək; - Kadr sənədləşməsi ilə bağlı əməliyyatların 1C proqramına işlənilməsi. Tələblər: - Ali təhsil; - Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; - 1C proqramı üzrə biliklər; - MS Office kompüter proqramlarından istifadə etmək bacarığı; - E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları; - Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli; - Problemləri təhlil və həll etmə bacarığı. Biz Sizə nə təklif edirik: - Peşəkar, mehriban komandada iş; - Etibarlı şirkətdə karyera; - Professional və maddi yüksəliş üçün perspektiv; - İş qrafiki: 9.00-18.00; - Əmək haqqı 500-700 AZN Maraqlanan şəxslər xahiş olunur CV-lərini [email protected] ünvanına göndərsinlər. [hidestr] Company: BSC Consulting & Outsourcing Company Title: Kadrlar üzrə mütəxəssis [/hidestr]