Həkim-terapevt
Premium Medical Assistance

Iş haqqında

PREMİUM MEDİCAL ASSİSTANCE MMC Həkim-terapevt Vəzifə funksiyaları • Həkim- terapevtt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, • Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, • Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır, • Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir, • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir, • Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir, • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir, • Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir, • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır, • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir, • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır., • Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Tələblər • Ali təhsil (müalicə işi üzrə), • Müvafiq vəzifə üzrə 5 il iş təcrübəsi • Rus dili sərbəst, ingilis dili arzuolunandır • Bilməlidir:  Xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını,  Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını,  Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını,  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını,  Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;  Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını,  Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını,  İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını,  Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını,  Sanitar-maarifləndirmənin əsaslarını,  Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını. [email protected] [hidestr] Company: Premium Medical Assistance Title: Həkim-terapevt [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 20.08.2019
  • Bitmə tarixi : 19.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 56
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Premium Medical Assistance
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az