Ehtiyyat Hissələri üzrə Menecer
Aztol Motors

Iş haqqında

EHTİYAT HİSSƏLƏRİ ÜZRƏ MENECER Namizədlərə tələblər: • Yaş həddi - Ali təhsil (İqtisadi və texniki sahədə təhsili olanlara üstünlük veriləcək) • Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi; • MS Office proqramlarında işləmə bacarığı, • Azərbaycan,rus və ingilis dillərini bilməsi mütləqdir • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır; • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı; • Stres altında işləmə qabiliyyəti • Fəal və işə planlı yanaşma. - İş qrafiki: I-Vl günlər 10:00-dan 19:00-dək, Nahar şirkət tərəfindən verilir. Əmək haqqı 800-1200 təyin olunacaqdır Vəzifə öhdəliklər: • Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq; • Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək; • Müştəri razılığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaq xidmətə nəzarət etmək; • Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq; • Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək; • Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq; • Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək; • Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli; • Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq; • Şöbədə təmiz və professional mühit yaratmalıdır; • Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək; • Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq; • İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq; • Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi; • İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq; • Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək; Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ehtiyyat Hissələri üzrə Menecer” qeyd edərək [email protected] elektron ünvanına CV göndərməyiniz xahiş olunur. [hidestr] Company: Aztol Motors Title: Ehtiyyat Hissələri üzrə Menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 20.08.2019
  • Bitmə tarixi : 19.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 63
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Aztol Motors
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az