Mühasib
Ayan MMC

Iş haqqında

Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə mühasib Ayan MMC şirkəti İstehsalat və xidmət sahələri üzrə mühasib vakansiyası üzrə CV-lərin qəbulunu elan edir. Vəzifə öhdəlikləri 1. İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və  hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək; 2. Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət; 3. Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;  4. Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək; 5. Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi; 6. Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi; 7. Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək; 8. Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək; 9. Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.; 10. Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək. Namizədə dair tələblər - Kişi namizədlərə üstünlük verilir; - Tələb olunan yaş həddi: 25-38; - Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta. - Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək); - Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır); Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq; - MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; - İFRS,ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir; - ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice) üstünlük verilir; - Beynəlxalq sertifikasiya arzuolunandır; - Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; - Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.   Əlavə məlumatlar: • Əmək haqqı: Razılaşma əsasında; • Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə; • İş qrafiki: 6 gün, 08:00 – 17:00   CV-lərinizi [email protected] ünvanına “Mühasib” başlığı ilə göndərə bilərsiniz. Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994552090362 [hidestr] Company: Ayan MMC Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.08.2019
  • Bitmə tarixi : 20.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 62
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Ayan MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az