KREDİT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİNİN BAŞ MÜTƏXƏSSİSİ
TuranBank

Iş haqqında

- Kredit reytinq və skorinq sistemlərinin fəaliyyətini qiymətləndirilməsində (nəzarətdə) iştirak etmək - Risk Xəritəsinin hazırlanmasında iştirak etmək - Kredit risklərinin müəyyənləşdirilməsi və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək - Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması - Müvafiq olaraq kreditləşmə üzrə skorinq, bonus sistemi və problemli kreditlər üzrə adekvat təqib modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək - Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi - İri həcmli məlumat bazası ilə işləmək - Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması - Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlər üzrə ehtiyyatların yaradılması - Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək - Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi - Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi - Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək - İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək [b]Namizədə tələblər[/b] - Ali iqtisadi təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək) - Maliyyə sektorunda minimum 1 il iş təcrübəsi (Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək) - Problemi həll etmək bacarığı - Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı - İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı - İşdə düzgünlük, operativlik - Komandada işləmə bacarığı - Ünsiyyət qurma qabiliyyəti - Məsuliyyətlilik, diqqətcillik - Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək) - Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma [hidestr] Company: TuranBank Title: KREDİT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİNİN BAŞ MÜTƏXƏSSİSİ [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.08.2019
  • Bitmə tarixi : 20.09.2019
  • Təhsil : Ali
  • Yaş həddi : 22  − 35
  • Əmək haqqı : 1300  − 1400AZN
  • Kategoriya :
  • Baxış sayı : 48
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında