Satış təmsilçisi
“Groupone” LLC (Paul restaurant chain)

Iş haqqında

“Groupone” MMC şirkəti PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir: Vəzifə: Satış təmsilçisi Vəzifə öhdəlikləri: • Kassa aparatında işləmək. kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; • İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. • Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi və doğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. • Piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələbini qeydiyyata alınması. • Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması. • Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması. Tələblər: • Təhsil: orta • Yaş həddi: 18-35 • Cinsi: Kişi və ya qadın • İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq • Dil bilikləri: azərbaycan və rus dilləri (əla), ingilis dili biliyinə üstünlük verilir • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı. • Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir. Əmək şəraiti: • Əmək haqqı: 400 AZN net • 6 günlük növbəli qrafik • Nahar şirkət tərəfindən təmin edilir Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış təmsilçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. [hidestr] Company: “Groupone” LLC (Paul restaurant chain) Title: Satış təmsilçisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.08.2019
  • Bitmə tarixi : 20.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : “Groupone” LLC (Paul restaurant chain)
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az