İMİC komandasına qoşulun Vəzifə: İnsan resursları üzrə administrator (3 aylıq təcrübə proqramı) İşə başlama tarixi: ASAP İş rejimi: I-V günlər İşin təsviri: IMIC Bakıda yerləşən, aktivlərin idarə olunması, biznesin idarə olunması və biznes-konsaltinq xidmətləri göstərən şirkətdir. Fəaliyyət istiqaməti – müəssisələrin, fərdi investorların və sifarişçilərin investisiya ehtiyaclarının qarşılanmasına yönəlmişdir. Şirkətimizə hal hazırda İnsan Resursları üzrə Administrator (3 aylıq təcrübə proqramı) tələb olunur. Vəzifə öhdəlikləri: -İşçilərin şəxsi işlərinin Elektron (ERP sistemdə) və kağız üzərində aparılması -Əməkdaşların müraciəti əsasında xasiyyətnamə, səfirliyə və digər təyinatda arayışların və ezamiyyə vərəqələrinin hazırlanması, direktor tərəfindən təsdiqlənməsinin izlənməsi və təsdiqlənmiş sənədlərin işçilərə təhvil verilməsi -Aidiyyəti dövlət strukturlarına zəruri hesabat və sənədlərin hazırlanaraq təqdim olunması -Sənədlərin reyestr qeydiyyatının aparılması -Əmək kitabçalarının sifariş edilməsi və təhvil alınması -İllik Əmək məzuniyyəti cədvəllərinə əsasən işçilərin məzuniyyətə çıxmasının monitorinqi, pozuntuların aşkar edilməsi halında rəhbərliyə məruzə edilməsi -Ödənişsiz əmək məzuniyyətin verilməsi -Bülletenlərin doldurulması, tabeldə işlənməsi və mühasibatlığa təqdim edilməsi -İR şöbəsinə təqdim olunan Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək -Görülən işlər barədə rəhbərliyə hesabat vermək -Heyətin davamiyyətinə nəzarət etmək Tələblər - Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilmək - Ofis proqramlarından sərbəst istifadə etmək bacarığı - Nəticə və vaxt yönümlülük, planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarığı, qərar qəbul etmək bacarığı - Insanlarla rahat ünsiyyət qurmaq bacarığı - Ali təhsilə sahib olmaq (İR yönümlü arzu olunandır) CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur [hidestr] Company: Ideal Management Investment and Consulting Title: İnsan resursları üzrə administrator (3 aylıq təcrübə proqramı) [/hidestr]