Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk) Ümumi məlumat Kapital Bank namizədləri İT İnfrastruktur departamenti Texniki dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərxində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirləri həyata keçirilməsi; • Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması; • Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması; • Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi; • İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi; • Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi; • İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı; • İT insidentlərinə və/və ya ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi; Tələblər • Texniki sahədə ali təhsil; • İT sahəsində 2 ildən artıq iş təcrübəsi; • Əla ünsiyyətqurma bacarığı; • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi; • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı; • Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı; • Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı. CV-lərinizi, mövzu hissəsində “Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. [hidestr] Company: Kapital Bank Title: Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk) [/hidestr]