Satınalma şöbəsinin Aparıci mütəxəssisi
Kapital Bank

Iş haqqında

Kapital Bank namizədləri Satınalma şöbəsinin Aparıci mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər: • Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun bankın satınalma təlimatına uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək; • “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender və sorğuların keçirilməsi; • Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması; • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; • İlkin sənədlərin ekspertizasının aparılması; • Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi; • Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması; • Müqavilələr üzrə danışıqların aparılması; • Tender və Kotirovka protokollarının hazırlanması; • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması. • Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək; Tələblər: • Sahə üzrə ən azı 3 il iş təcrübəsi; İngilis və Rus dillərini bilməlidir; • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir; • Sənədlər toplusunun hazırlanma qaydalarını bilməlidir; • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır; • Komandada işləmək bacarığına sahib olmalıdır; • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı; • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti; • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti; • Komanda tərkibində işləmək bacarığı. Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Satınalma şöbəsinin Aparıci mütəxəssisi " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: Kapital Bank Title: Satınalma şöbəsinin Aparıci mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.08.2019
  • Bitmə tarixi : 21.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kapital Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az