Elektron kommersiya üzrə Aparıcı Mütəxəssis
Kapital Bank

Iş haqqında

Kapital Bank namizədləri Rəqəmsal Məhsullar mərkəzi şöbəsində elektron kommersiya üzrə Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • SCRUM metodologiyası ilə işin aparılması bilikləri • Biznes analiz işlərin aparılması • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi; • Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasının təmin edilməsi və bu məqsədlə ehtiyac olan metod və metodologiyanın müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi; • Üzləşilə biləcək risklərin müəyyən edilməsi, qarşısının alınması üçün tədbirlər planın hazırlanması və risklər ortaya çıxdıqda tətbiq edilməsi Tələblər • Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır); • Yüksək səviyyədə İngilis və Rus dili biliyinə malik olmalı; • Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı; • Microsof Office proqramlarını bilməli; • Bank sahəsində olan qanun və normativ sənədləri bilməli • Beynəlxalq Ödəniş sistemlərinin (VİSA/MC) iş prinsiplərini bilməli • Elektron kommersiyanın iş prinsiplərini bilməli CV-lərinizi, mövzu hissəsində “Rəqəmsal Məhsullar mərkəzi şöbəsində elektron kommersiya üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. [hidestr] Company: Kapital Bank Title: Elektron kommersiya üzrə Aparıcı Mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.08.2019
  • Bitmə tarixi : 21.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 51
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kapital Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az