Hüquq Məsləhətçisi
Polistar Boya

Iş haqqında

Polistar Boya – yerli boya istehsalçısı şirkətidir. Hazırda şirkətimizə Hüquq Məsləhətçisi tələb olunur. Əsas vəzifə və öhdəliklər: • Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək; • Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması; • Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq; • Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət; • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi • Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi • Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət • Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi • Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması; • Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək; • Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək; • Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması; • Əmlak məsələlələri ilə bağlı bütün sənədlərin yoxlanılması və vaxtaşırı yenilənməsi işlərini görmək; • Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək; • Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək • Şirkətin hüquqi müstəvisində olan bütün proseslərə nəzarət etmək; Tələblər: • Hüquq sahəsində ali təhsil • Səlis Azərbaycan, ingilis və rus dili bilikləri • MS office proqramları • Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi İş vaxtı 1-5 günlər - 09:00-18:00, 6- cı gün - 09:00-15:00 dək • Tərcümeyi-hallarınızı “PDF” formatında özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. • Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır. • Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [hidestr] Company: Polistar Boya Title: Hüquq Məsləhətçisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.08.2019
  • Bitmə tarixi : 22.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 36
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Polistar Boya
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az