Avtomatlaşdırılmış bank əməliyyat sisteminin dəstəklənməsi üzrə aparıcı mütəxəssis
International Bank of Azerbaijan Republic

Iş haqqında

“ABB” ASC Avtomatlaşdırılmış bank əməliyyat sisteminin dəstəklənməsi üzrə aparıcı mütəxəssis (Core system engineer and architect) axtarışındadır. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. Vəzifə öhdəlikləri:  Mövcud ABS (Avtomatlaşdırılmış Bank Sistemi) funksionallığında texniki xüsusiyyətlərə əsaslanan işlərin və təkmilləşdirmələrin icrası;  Yeni funksionalın yaradılması və onun sonrakı dəstəyinə nəzarət etmək;  ABS (Oracle, Flexcube) hesabatlarının hazırlanması, tətbiqi və sonrakı dəstəyi;  Biznes tələblərinin təhlili, texniki şərtlərin hazırlanmasında iştirak. Vakant vəzifə üzrə tələblər:  İT mühədisliyi və texniki sahədə ali təhsil;  Bank sistemləri ilə iş və sazlama üzrə minimum 1 il iş təcrübəsi;  SQL, PL/SQL biliyi;  Java, JavaScript biliyi (başlanğıc səviyyə);  Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilmək. Bu iş sizə nələri qazandıracaq:  Bankın iş proseslərini dərindən öyrənmə imkanları;  Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;  Adekvat əmək haqqı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Core system engineer and architect” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az [hidestr] Company: International Bank of Azerbaijan Republic Title: Avtomatlaşdırılmış bank əməliyyat sisteminin dəstəklənməsi üzrə aparıcı mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.08.2019
  • Bitmə tarixi : 22.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : International Bank of Azerbaijan Republic
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az