Nəzarət şöbəsinin rəhbəri
Bank BTB

Iş haqqında

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir. Nəzarət şöbəsinin rəhbəri İş barədə məlumat: - Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir. - Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir. - Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir. - Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir. - Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir. - Kreditlə bağlı sığorta müqavilələrinin müddətinə nəzarət edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır. - Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları hazırlayır. - Müştəri hesabları üzrə aparılan bütün əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır. - Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi rəhbərinə aid digər vəzifələri həyata keçirir. Namizədə tələblər:  Ali iqtisadi təhsil,  bank sektorunda ən azı 3 il iş təcrübəsi,  dəqiqlik,  nəzarətetmə bacarığı,  qərarlar qəbul etmək bacarığı,  liderlik bacarıqları;  MS office proqramında işləmək bacarığı, Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 20 Sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur. [hidestr] Company: Bank BTB Title: Nəzarət şöbəsinin rəhbəri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.08.2019
  • Bitmə tarixi : 22.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 27
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Bank BTB
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az