Korporativ Hüquqşünas
FINCA Azerbaijan LLC

Iş haqqında

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir. Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün KORPORATIV HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir. Əsas vəzifə və öhdəliklər: • Təşkilatın tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək; • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək; • Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi; • Departamentin digər hüquqşünaslarının fəaliyyətinin kordinasiya edilməsi və hüquqi dəstək fəaliyyətinin təşkil edilməsini təmini etmək; • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək. Tələblər: • Hüquq üzrə bakalavr dərəcəsi; • Korporatativ işləri üzrə azı 2 il iş təcrübəsinə malik olmaq; • Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək; • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq; • Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq; • Regionlara səfər etmək imkanına malik olmaq; • MS Office proqramlarını yaxşı bilmək; • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri. Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində KORPORATIV HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz. [hidestr] Company: FINCA Azerbaijan LLC Title: Korporativ Hüquqşünas [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 29.08.2019
  • Bitmə tarixi : 28.09.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 26
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : FINCA Azerbaijan LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az