SATIŞ TƏMSİLÇİSİ (BAKI VƏ RAYONLAR ÜZRƏ)
Mr.Fix tikinti kimyəviləri

Iş haqqında

- Məhsulların satışını və tanıtma işlərini təşkil etmək - Bakı şəhəri və ya rayonlar üzrə - Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq - Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək - Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq - Şirkətə yeni müştərilər qazandırmaq - Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək - Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək - Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək - Gündəlik satış hesabatlarını təqdim etmək. - İş saatı: 08:30-dan 17:30-dək [b]Namizədə tələblər[/b] - Satış sahəsində ən az 3 il təcrübəsi olan - İki zona üzrə ayrı-ayrı satış təmsilçisi ( Bakı və rayonlar) - Dəqiq və işinə qarşı məsuliyyətli olan - Ünsiyyətçil və yüksək danışıq qabiliyyəti - İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan - Ofis proqramı biliyi (Microsoft word, excel) - Azərbaycan dilində səlis danışıq qabiliyyəti - B kateqoriya sürücülük vəsiqəsi olan - Şəxsi avtomobili olan Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə "Satış təmsilçisi" qeyd edib göndəriniz. Bakıda və ya rayonlarda işləməyinizi göstəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq. [hidestr] Company: Mr.Fix tikinti kimyəviləri Title: SATIŞ TƏMSİLÇİSİ (BAKI VƏ RAYONLAR ÜZRƏ) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.09.2019
  • Bitmə tarixi : 28.10.2019
  • Əlqədar şəxs : Nail m
  • Təhsil : Ali
  • Yaş həddi : 25  − 35
  • Əmək haqqı : 400 AZN
  • Kategoriya :
  • Baxış sayı : 58
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında