İş barədə məlumat - Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması - Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması - Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması - Otellərin bronlaşdırılması - Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması - Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi - İş saatları: 10:00-dan 19:00-dək; Şənbə günü: 10:00-dan 16:00-dək - İstirahət günü - Bazar günü - Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər [b]Namizədə tələblər[/b] - Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq - Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) - Səlis və işgüzar danışıq bacarığına malik olmaq - Yüksək ünsiyyət qurma bacarığına malik olmaq - Məsuliyyətli və diqqətli olmaq - Gülərüz və özünə qarşı tələbkar olmaq - Vaxtın idarəolunması bacarığına malik olmaq - Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq - Həmçinin turizm səhəsində təhsil almış namizədlər 3 aylıq təcrübə proqramını uğurla keçdikdən sonra işə qəbul oluna bilərlər Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [hidestr] Company: NZ Travel Club Title: TURİZM ÜZRƏ MENECER [/hidestr]