İtkilərin Qarşısının Alınması və İdarəedilməsi üzrə Müfəttiş
Sinteks Group of Companies

Iş haqqında

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. SINTEKS tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi öhdəsinə götürmüşdür. Şirkət dəb, zərgərlik və qida sahələrində fəaliyyət göstərən 80-dən artıq mağazaya rəhbərlik edir. Şirkətimizə hal hazırda İtkilərin Qarşısının Alınması və İdarəedilməsi üzrə Müfəttiş tələb olunur. Vəzifə öhdəlikləri: • Posterminal çeklərinin mağazalardan qəbul edilməsi, satış bazası üzrə nəğdsız satışlarla üzləşdirilməsi və təsdiqlənməsi. • Malın qaytarılma zamanı nəğdsız ödənişlərin müştərinin kartına qaytarılmasına dair ərizələrin hazırlanması və banka göndərilməsi. • Posterminallardan keçən transaksiyanın ləğvi zamanı malın qaytarılmasına nəzarət. • Banklardan və Maliyyə şöbəsindən bank çıxarışlarının əldə edilməsi, posterminal vasitəsilə aparılmış əməliyyatların çıxarışlarla uyğunluğunun, nəğdsız ödənişlərin hesablara mədaxil olunmasının yoxlanması, uyğunsuzluqların bank və Maliyyə şöbəsi ilə araşdırılması. • Banklar tərəfindən həyata keçirilən aksiyalar və yeniliklər barədə mağazaların məlumatlandırılması. • Mağazalarda olan posterminalların texniki nasazlıqlarının aradan qaldırılması üçün banka və Azəricard xidmətinə rəsmi müraciət edilməsi. • Yeni posterminalların alınması, posterminalların qeydiyyatdan çıxarılması, təhvil verilməsi və s. ilə bağlı sənədlərin tərtibatı, toplanması və banka müraciət olunması. Namizədə qoyulan tələblər: • Ali təhsil - Maliyyə sahəsinə üstünlük verilir • İtkilərin Qarşısının Alınması sahəsində 1 il iş təcrübəsi, bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir • Ofis proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı • Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri • Analitik düşünmək bacarığı Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İtkilərin Qarşısının Alınması və İdarəedilməsi üzrə Müfəttiş” qeyd etmələri xahiş olunur. [hidestr] Company: Sinteks Group of Companies Title: İtkilərin Qarşısının Alınması və İdarəedilməsi üzrə Müfəttiş [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.09.2019
  • Bitmə tarixi : 18.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 37
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sinteks Group of Companies
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az