Maliyyə şöbəsinin müdiri
Technoil LLC

Iş haqqında

Maliyyə şöbəsinin müdiri Vəzifəyə olan tələblər: • 1C 8.3 versiyası, Microsoft Office proqramları ilə mükəmməl iş təcrübəsi; • Maliyyə hesabatlarının İFRS standartlarına uyğun hazırlanması; • ACCA (F2,F3) sertifikatlarına sahib olması; • Baş Maliyyəçi (və ya muhasib) sahəsində minimum 3 il iş təcrübəsi; • Sahə üzrə ali təhsil; • Analitik düşüncə və komanda ilə işləmək bacarığı; • İstehsalat sahəsi üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək; Vəzifə öhdəlikləri: • Şirкətin aylıq, rüblük və illik mənfəət və zərər, balans hesabatı, nəğd pul dövriyyəsi v.s mаliyyə hеsаbаtının hazırlanması və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnılıb аnаliz edilməsi; • Pul vəsaitlərinin hərəkətinin idarə edilməsi; • Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra edilməsinə nəzarət; • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; • Maliyyə ilə əlaqədar qərarlar qəbul edilməsi və ya qərarların verilməsi prosesində iştirak edilməsi; • Şirkətin maliyyə əməliyyatlarını vahid sistemdə (software) mərkəzləşdirilməsi; • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirilməsi; Vəzifəyə tələb olunan səriştələr: • Dürüstlük • Nəticə yönümlülük • Məsuliyyət • Komandada işləmək • Stressə davamlılıq • Analitik düşünmə qabiliyyəti Əmək şəraitinin şərtləri: • İş yeri Sumqayıt şəhərindədir • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə • İş vaxtı 1-5-ci günlər 09:00-18:00 • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV - lər 25 Sentyabr 2019-cu il tarixinədək qəbul olunur. Xahiş edirik, mövzu hissəsində “Maliyyə şöbəsinin müdiri” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və iddia etdiyiniz əmək haqqı göstərilməklə [email protected] e-poçt ünvanına göndərəsiniz. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: Technoil LLC Title: Maliyyə şöbəsinin müdiri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.09.2019
  • Bitmə tarixi : 18.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 31
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Technoil LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az