Dispetçer
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Dispetçer İş yeri: Bakı şəhəri Məhəmmədi qəsəbəsi İş təcrübəsi: Müvafiq sahədə 2 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 25-45 İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili. Vəzifə öhdəlikləri: - Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək; - Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək; - Yanacaq sərfi haqqında hesabatları hazırlamaq; - Alınan ehtiyat hissələrinin siyahısını aparmaq; - Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək; - Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi; - Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət; - Optimal marşrut xətlərinin hazırlanması. Tələblər: - Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli; - Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli. - Avtomaşınların texniki xarakteristikasını bilməli; - Texnikanın istismarı normativini bilməli. Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - Əmək müqavilsəi. İş qrafiki: 6 günlük Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: Dispetçer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.09.2019
  • Bitmə tarixi : 18.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 34
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az