Kargüzar (Şəki şəhəri üçün) Vəzifə öhdəlikləri 1. Daxil olan və xaric olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq və rəhbərliyin tapşırığına müvafiq olaraq aidiyyəti üzrə struktur bölmələrə göndərmək; 2. Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparmaq, onların yerinə yetirilməsinə nəzarət etmək, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışları vermək ; 3. Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətlərinə nəzarət etmək, pozuntu halları barədə aidiyyəti üzrə məlumat vermək; 4. Vətəndaşların ərizə və şikayətlərinin qeydiyyatına uyğun olaraq onların icrasına nəzarət edir, ərizə və şikayətlərin icra müddəti pozulduqda müvafiq tədbirlərin görülməsi üçün birbaşa rəhbərə məlumat vermək; 5. Vətəndaşların müraciətləri üzrə kargüzarlıq işini aparmaq və vətəndaşların qəbulunu təşkil etmək; 6. Xidməti sənədlərin mühafizəsinin təmin edilməsində iştirak etmək; 7. Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb arxivə təhvil vermək; 8. Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanılmasını təmin etmək; 9. Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etmək; 10. Arxivin yerləşdiyi yerdə yanğından mühafizə qaydasının gözlənilməsinə riayət etmək; 11. Arxiv sənədlərini və surətlərini vermək və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib etmək və onların hesabını aparmaq; 12. Arxiv işi haqqında hesabat tərtib etmək üçün məlumatlar hazırlamaq və s. Namizədə bağlı tələblər - Ali təhsilli və ən azı 1 il iş stajı; - MS Office proqramlarını yaxşı səviyyədə bilməli; - Azərbaycan dilini mükəmməl,rus və ingilis dilləri yaxşı səvviyyədə; İş Şərtləri: - Həftədə 5 iş günü; - İş saatları: 09:00-18:00; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Kargüzar(Şəki şəhəri) yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq [hidestr] Company: Dövlət Qurumu Title: Kargüzar (Şəki şəhəri üçün) [/hidestr]