“Baku Engineering” MMC İstilik, ventilyasiya və qaz sistemləri üzrə layihəci-mühəndis vakansıyasını elan edir. İşin təsviri: • Avadanlıqların (yük hesabatlarının)soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi; • Sahə mühəndisliyi: layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak etmək; • Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır; • Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak etmək; • Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması; • Tələb olunan hesabatların hazırlanması (Vəzifələr sənədi, Layihə məlumatları, Layihəyə nəzarət, Layihə resursları, Layihə planı); • Ümumi layihələrə aid sənədlərin tərtib edilməsi ( Forma 2, Smeta və.s). Namizədə tələblər: • Müvafiq sahə üzrə ali təhsil; • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi; • Microsoft Office, Autocad proqramlarında işləmə bacarığı; • Azərbaycan və Rus dilləri. Digər şərtlər: • İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək; • AR əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi; Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi [email protected] ünvanına mövzu yerində “ İstilik, ventilyasiya və qaz sistemləri üzrə layihəci-mühəndis” yazaraq göndərə bilərlərsiniz. [hidestr] Company: Baku Engineering Company Title: İstilik, ventilyasiya və qaz sistemləri üzrə layihəci-mühəndis [/hidestr]