İnsan resursları üzrə mütəxəssis
SAFA Holding Ltd

Iş haqqında

Bakı şəhərində fəaliyyət göstərən “SAFA HOLDİNG” şirkətlər qrupu “İnsan resursları üzrə mütəxəssis” vakansiyasına elan verir: İş barədə məlumat: • AR Əmək Məcəlləsinə əsasən işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi; • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, əmək kitabçalarının müvafiq qaydada doldurulması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması; • İşçilərə məzuniyyətlərinin verilməsinin uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; • İş vaxtının rejiminə riayyət etmək üçün gündəlik davamiyyətin qeydiyyatının aparılması, aylıq tabelin hazırlanması, tabelin mühasibatlığa təqdim edilməsi; • Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizədlərin seçilməsi; • İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi; • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi; • İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması; • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması; • Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi. • HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi; • Kadr bazasının yaradılması; • Şirkət daxili prosedurların hazırlanması; • İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması; • Sosial müavinətlərin hesablanması; • İşçilərin icbari sığortasının həyata keçirilməsi; • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması; • İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi; • Əmək haqqı: 700 - 900 AZN; • İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət; • İş yeri: Bakı şəhəri. Tələblər • Hüquq və ya insan resursları üzrə ali təhsil (Magistr təhsili arzuolunandır); • İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il təcrübə; • Yaş həddi (25-40 yaş) Nəzəri biliklər: • Əmək qanunvericliyi və hüquqi normativ aktlar; • AR Əmək məcəlləsi; • İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər; • Personalın qiymətləndirmə sistemi və metodları; • Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası; • Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasını bilməli; • Əməyin mühafizəsi qayda və normaları. • Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır; • Komputerdə işləmək bacarığı (Word, Excel, Outlook); • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı; • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; • Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “İnsan resursları üzrə mütəxəssis” vakansiyasının adını qeyd edəsiniz. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123. [hidestr] Company: SAFA Holding Ltd Title: İnsan resursları üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 20.09.2019
  • Bitmə tarixi : 20.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 100
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SAFA Holding Ltd
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az