Mağaza direktoru
Novas Home

Iş haqqında

Novas Home  8 fevral 2019 –cu il Bizim Market Ayna Sultanova filialında fəaliyyətə başlamışdır. “Novas Home” brendi “Bizim Market”  ilə eyni ailənin üzvüdür. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zamanda Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərməkdədir. “Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəflərdəndir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir. Mağaza direktoru Vəzifələr: • Mağazanın effektiv işinin təşkili • Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili • Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət • Görülən işin hesabatı • Malların qəbulu və iadəsinin təşkili • Malların çeşidinə və keyfiyyətinə nəzarət • Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək  • Daxili inventarlaşmanın aparılması Tələblər: • Uyğun ali və ya orta ixtisas təhsili • Yaş  30 – 35 • Azərbaycan dilini mükəmməl bilməlidir. İngilis və rus dili bilgiləri arzu olunandır • Mağaza müdiri və ya müdir müavini vəzifələrində 1 il iş təcrübəsi • Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti • Təşkilatçılıq və liderlik bacarıqları • MS office proqramları sərbəst bilməli                                                                                   • Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq • Kreativlik, Dürüstlük, Tələbkarlıq, Müştəri yönümlülük, Dəqiqlik kimi əsas vacarıqlar Şirkətin öhdəlikləri: •  Aylıq əmək haqqı – 1500 manat •  Korporativ treyninqlərin təşkili •  Altı günlük iş həftəsi •  Şirkətdaxili karyera inkişafı •  Ödənişli məzuniyyət •  Naharla təmin olunma Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə [email protected]  e-mail ünvanına göndərməyiniz və ya 077-270-99-08 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq. [hidestr] Company: Novas Home Title: Mağaza direktoru [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.09.2019
  • Bitmə tarixi : 23.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 51
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Novas Home
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az