Ekologiya üzrə mütəxəssis
AzerGold

Iş haqqında

Şirkət haqqında: “AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir. Vakansiyanın adı: Ekologiya üzrə mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi) Əsas vəzifə və öhdəliklər: • Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi; • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi; • Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması; • Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi; • Tullantıların idarə olunması; • Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi. Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; • İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;. • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli. Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (müvafiq sahə üzrə); • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Ekologiya üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. [hidestr] Company: AzerGold Title: Ekologiya üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.09.2019
  • Bitmə tarixi : 23.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 102
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AzerGold
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az