Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə)
SMTS MMC

Iş haqqında

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə) Vəzifə öhdəlikləri: 1. İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək; 2. Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək; 3. Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi; 4. Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması; 5. Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması; 6. İnformasiya toplamaq və daxili audit üçün iş yerlərini ziyarət etmək; 7. Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması; 8. Daxili auditlərdə iştirak etmək; 9. Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması; 10. Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq; 11. Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS) 12. Müştəri məmnuniyyətlərini öyrənmək; 13. Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək; 14. KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək; 15. SWOT analizin hazırlanması. Namizədə olan tələblər: • Mühəndislik ixtisası üzrə ali təhsil • Keyfiyyətə nəzarət mühəndisi (audit işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı • Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli • MS Office, AutoCad əla səviyyədə bilməli • Yüksək səviyyədə texniki biliklərinin olması • Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları • İşgüzar ünsiyyət bacarığı • Komandada işləmək bacarığı Digər tələb və şərtlər: - Yaş həddi: 25-45 - Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.) - İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat) - Nahar şirkət tərəfindən verilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: SMTS MMC Title: Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.09.2019
  • Bitmə tarixi : 23.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SMTS MMC
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az