Marketinq Menecer
Bizim Market

Iş haqqında

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını  artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir. Namizədə olan tələblər • Marketing sahəsində Ali təhsil • Bu sahə üzrə minimum 3 il iş təcrübəsi • Səlist nitq və təqdimetmə bacarıqları • Rəqəmsal Marketing üzrə biliklər mütləqdir (SEO, SEM, SMM) • Google Ads, Google Analytics, Facebook Business, Yandex Metrica və s. biliklər • CPC və CPM yönümlü reklamlarım təşkili və maks CPC və CPM-in təyin edilməsi. Vəzifə üzrə tələblər • Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq; • Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək; • Hazırlanmış marketinq planına əsasən marketinq fəaliyyətləri ilə əlaqədar tələbləri müəyyən etmək; • Təklif olunan məhsul və xidmətə uyğun olaraq bazar seqmentinin xüsusiyyətini və bu xususiyyətlərin dəyişmə meyllərini müəyyən etmək; • Verilmiş büdcə və biznes planın məqsədləri, müştərilərin təlabatları, şirkətin bazardakı mövqeyi, onun məqsədləri, imkanları və ehtiyatlarına uyğun olaraq marketinq üzrə istiqamətləri qiymətləndirmək; • Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək; • Marketinq üzrə xüsusi vəzifələri yerinə yetirən müvafiq personal üçün öhdəlik və vəzifələrin təyin edilməsinə köməklik göstərmək; • Məhsulların rəflərdə hazırlanması ilə məşğul olan personal ilə məhsulun texniki xüsusiyyətləri, o cümlədən nümunə, rəng və qablaşdırılması barədə məsləhətləşmək; • Marketinq ilə əlaqədar satış və gəlirlilik arasında uyğunluğu təmin etmək üçün satışın proqnozlaşdırılması və strateji planlaşdırmadan istifadə etmək; • Marketinq, reklam və satış ilə əlaqədar fəaliyyətlərin birləşməsini müəssisənin strateji məqsədlərinə uyğun olaraq idarə etmək; • Marketinq üzrə cəlb olunmuş işçi heyətinin vəzifələri, öhdəlikləri, cavabdehliklərini müəyyən etmək və razılaşdırmaq; • Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq. • Reklam nəticələrinin izlənilməsi və effektivliyin qorunması İş şəraiti • 5 günlük iş həftəsi • Nahar və telefon xərcləri ödənilir • Əmək haqqı razılaşma yolu ilə Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq Menecer” mövzusu ilə [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq. [hidestr] Company: Bizim Market Title: Marketinq Menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.09.2019
  • Bitmə tarixi : 25.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 53
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Bizim Market
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az