Arıçılıq üzrə Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti
GIZ Azerbaijan

Iş haqqında

Kimə: Bütün tender iştirakçılarına Kimdən: GIZ Bakı Ofisi Layihənin nömrəsi: 17.4061.2-003.00 Layihənin adı: Qafqazdakı Məcburi Köçkünlərin (MK) İqtisadiyyatda İştirakı layihəsi Ölkə: Azərbaycan Tenderin adı: Arıçılıq üzrə Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti Hörmətli Tender iştirakçısı, GIZ-in Bakıdakı ofisi arıçılıq üzrə uzunmüddətli texniki təlim və konsultasiya xidməti üzrə tender elan edir. Əlavədə ingilis və azərbaycan dillərində göstərilən vəzifə təlimatları (Annex 1 _TOR beekeeping_AZ230919 və Annex 1 _TOR beekeeping ENG 230919)  ilə maraqlandığınız halda 8 oktyabr 2019-cu il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik. Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə poçt/və ya şəxsən təqdim etmə vasitəsi ilə GIZ ofisi, Rəsul Rza 75,Winter Park Biznes Mərkəzi, ofis 202, Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki sənədlər, yəni şirkətin profili və CV-lər, VÖEN və bank göstəriciləri,  texniki konsepsiya və iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir. Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır. Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 4 oktyabr  2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva ([email protected]) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 4 oktyabr 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır. Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir. Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Əlavə 2 Annex 2 190923_TAG _BeekeepingTraining_EPIC_AZ). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur. Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir. Əlavələr 1. ( Annex 1 _TOR beekeeping ENG 230919.doc ) 2. ( Annex 1 _TOR beekeeping_AZ230919.doc ) 3. ( Annex 2 190923_TAG _BeekeepingTraining_EPIC_AZ.pdf ) [hidestr] Company: GIZ Azerbaijan Title: Arıçılıq üzrə Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 26.09.2019
  • Bitmə tarixi : 26.10.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 64
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : GIZ Azerbaijan
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az