Kadrlar üzrə mütəxəssis
BETTA MMC

Iş haqqında

“BETTA” MMC Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir: Namizədə tələblər: 1. Ali təhsil 2. AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; 3. İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması; 4. İşəqəbul prosesinin əsas qaydalarını bilməli; 5. Azərbaycan və İngilis dilləri - yüksək səviyyədə 6. Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı 7. Elektron Hökumət Portalı ilə işləmə bacarığı; 8. HR Soft proqramı ilə işləmə bacarığı; 9. MS Office proqramları üzrə biliklər 10. Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 3 il 11. Diqqətli və dəqiq olmalı 12. İşgüzar və məsuliyyətli olmalı Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını [email protected] elektron ünvanına göndərə bilərlər. İş haqqında məlumat: Vəzifə borcları: 1. Kadr tələbinin planlaşdırılması; 2. Vəzifə təlimatlarının hazırlanması; 3. Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi; 4. Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi; 5. İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması; 6. Mövcud kadr bazasının inkişaf etdirilməsi; 7. Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması; 8. Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin həyata keçirilməsi; 9. İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması, əmək kitabçalarının qeydiyyatı, məzuniyyət qrafiklərinin, əmrlərin düzgün tərtib edilməsi. 10. Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması; 11. Sosial müavinətlərin hesablanması; 12. İşçilərin icbari sığortasının həyata keçirilməsi; 13. Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması; 14. İşçilərin davamiyyət uçotunun aparılması; 15. İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirilməsi, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlanması və həyata keçirilməsi; 16. İşçilər barədə məlumat bazasına yenilik və dəyişikliklərin daxil edilməsi; 17. İnsan resursları departamentinə aidiyyati hesabatların tərtib və təqdim edilməsi; 18. HR Soft proqramına məlumatların işlənilməsi 19. İş rejimi - 5 günlük (09:00-18:00) 20. Əmək haqqı 1000-1500 AZN (müvafiq vergilər çıxılmaqla) [hidestr] Company: BETTA MMC Title: Kadrlar üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.10.2019
  • Bitmə tarixi : 15.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 45
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : BETTA MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az