Mühasib
Company

Iş haqqında

MÜHASİBİN ƏMƏK FUNKSİYALARI. - Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək; - Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək; - Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək; - Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək; - Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının təmin etmək; - Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək; - Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək; - Müştəri hesablaşmaları üzrə əməliyyatları icta etmək; - Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması; - Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək; - Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini; - İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək; Namizədə tələblər: - Ali iqtisadi təhsil; - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi; - Təşkilati, analitik və idarə etmə bacarıqlar; - Qida və yeyinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Əlavə şərtlər: - Əmək haqqı; 800-1000 manat - 5 gün tam iş günü 6 – cı gün yarım iş günü. Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. [hidestr] Company: Company Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.10.2019
  • Bitmə tarixi : 21.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 37
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Company
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az