Qaraj Müdiri ( Saatlı rayonu )
ID - Agropark

Iş haqqında

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC “Qaraj Müdiri” vəzifəsinə işə qəbul elan edir. İş yeri: Saatlı rayonu Vəzifə və öhdəliklər • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasını işə saz vəziyyətdə buraxılmasını təmin etmək; • İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq; • Yanacaq sərfiyyatına nəzarət etmək; • Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək; • Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üçün texniki xidmətlərin və cari təmirin təşkil edilməsi; • Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək; • Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi; • Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması; • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının sənədləşmə işlərini həyata keçirmək; • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinə görə məsuliyyət daşımaq; • Mütəmadi olaraq nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsini təmin etmək; • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması; • Tabeçiliyində olan işçilərə rəhbərlik etmək. Tələb olunan bacarıqlar: • Texniki sahədə ali təhsil; • Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək; • Bu sahədə ən azı 5 il iş təcrübəsi; • Montaj və təmir metodlarını bilmək; • Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq; • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları; • Yüksək kommunikasiya bacarığı; • MS Office proqramları; • Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qaraj Müdiri” qeyd etməyiniz xahiş olunur. [hidestr] Company: ID - Agropark Title: Qaraj Müdiri ( Saatlı rayonu ) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 23.10.2019
  • Bitmə tarixi : 22.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 83
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : ID - Agropark
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az