Sosial İşçi
SOS Uşaq Kəndləri-Azərbaycan

Iş haqqında

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Bakı SOS Uşaq Kəndinin nəzdində olan “Günərzi Qayğı Mərkəzi” Layihəsinə Sosial İşçi vəzifəsinə iş elanı verir. Öhdəliklər • Uşaqların atılma riski altında olan ailələrlə sosial işin aparılması • Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq • Ailələrin fərdi inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək • Hədəf qrupunun layihəyə cəlb olunmasında iştirak etmək • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək. İş şəraiti • Tam məşğulluq • Ərazi – Bakı şəhəri • Əmək haqqı – 450 AZN (vergilər daxil) Vacib meyarlar: • Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq sahəsində ali təhsil • Oxşar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi • Həssas, o cümlədən aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı • Sosial və təşkilati bacarıqlar • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti • Fərdi və komandada işləmək istəyi və bacarığı • Çevik iş qrafikində çalışmaq bacarığı • MS Office bilikləri • Komandada işləmək bacarıqları Əlavə üstünlük və bacarıqlar: • Sərbəst Azərbaycan və rus dili biliyi • Uşaq və qadın hüquqları barədə məlumatlılıq • Motivasiyalı və öhdəliklərinə yaradıcı yanaşma qabiliyyəti • QHT sektoru üzrə iş təcrübəsi • Orta İngilis dili biliyi • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected] Xahiş olunur, məktubun mövzu "Subject" qrafasında "Sosial İşçi" yazasınız. CV-lərin göndərilməsinin son tarixi 17 noyabr 2019-cu ildir. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır. www.soschildren.az [hidestr] Company: SOS Uşaq Kəndləri-Azərbaycan Title: Sosial İşçi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.10.2019
  • Bitmə tarixi : 24.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 40
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : SOS Uşaq Kəndləri-Azərbaycan
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az