Əsas Şəbəkə üzrə mühəndis
Aztelekom

Iş haqqında

“Aztelekom” MMC hazırda Əsas Şəbəkə üzrə mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir. Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz. Struktur Bölmə: Genişzolaqlı xidmətlər departamenti; Şöbə: İnternet xidmətləri; Sektor: Sabit Şəbəkə Xidmətləri Sektoru. İşin qısa təsviri: Şəbəkədə istismar olunan avadanlıqların konfiqurasiyası, quraşıdırlması, istismarı, texniki profilaktik işlər. Şəbəkənin planlaşdırılması və optimizasiyası. Əsas vəzifə və öhdəlikləri: 1. Əsas Şəbəkə Avadanlıqlarının Konfiqurasiyaları, İstismarı və Optimizasiyaları üzrə Təlimata uyğun aparır; 2. Sabit şəbəkə avadanlıqlarının istismarını təmin edir; 3. Sabit Şəbəkənin mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir; 4. Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsinə köməklik göstərir; 5. Xidmətlərin yaxşılaşdırılmasını,onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir; 6. Əsas Şəbəkə avadanlıqlarında cari və əsaslı təmiri təmin edir və proqram təminatının yüklənməsində iştirak edir; 7. Əsas Şəbəkə avadanlıqlarında profilaktik xidmətləri təşkil edir; 8. Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Əsas Şəbəkə avadanlıqlarının işini qurur; 9. Yeni layihələrin icrasında iştirak edir və həmin layihələrin laboratoriyalarda simulasiya edilməsi işinə dəstək göstərir; 10. Sabit Şəbəkə avadanlıqlarının program təminatının yenilənməsi işlərinin icra edilməsində dəstək göstərir; 11. Departamentin yeni texnologiyarının öyrənilməsində və zəruri sertifikatların əldə etməsi istiqamətində çalışır; 12. Sabit Şəbəkənin analiz olunub optimizasiya olunması işlərinin icra olunması işlərində iştirak edir; 13. Sabit Şəbəkənin Monitorinq proqramları vasitəsilə gündəlik monitorinqi aparır və xəta aşkar etdiyi zaman Sektor müdirinə və digər Şəbəkə mütəxəsislərini məlumatlandırır və bu xətanın həll edilməsi ücün rəhbərliyin tapşırıqlarına əməl edir; Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar: 1. Ali Təhsil (bakalavr və maqistr); 2. Müvafiq beynəlxalq sertifikatlar; 3. Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 illik təcrübəsi; 4. Sabit Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır; 5. Telekommunikasiya avadanlıqları əməliyyat sistemlərinin işlənməsini bilmək; 6. Sabit şəbəkə avadanlıqlarının əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmaq; 7. Sabit şəbəkə texnologiyalarında protokollarla işləməyi bilməldir; 8. Mövcud qaydalara uyğun istismara aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır; 9. Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı səviyyədə bilmək; 10. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilmək; 11. Kompüter programları: Word, Excel, Power Point, CCNA, Linux; 12. İşgüzar yazışma əsaslarını bilməlidir; 13. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır. Şəxsi keyfiyyətlər: • Fikrini izah etmək qabliyyəti; • Ezamiyyə imkanları; • Ünsiyyət qurmaq bacarığı; • Komanda işləmək bacarığı; • İşə planlı yanaşması; • Öz üzərində daima çalışmaq. İŞ ŞƏRAİTİ • Əmək müqaviləsi; • Rəqabətli əmək haqqı; • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən; • Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən; • İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi); • İş yeri: Bakı şəhəri; • Peşəkar həmfikirlər komandası; • Peşəkar inkişaf və karyera imkanları; MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Əsas Şəbəkə üzrə mühəndis) qeyd edin: E-ünvan: [email protected] Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Aztelekom Title: Əsas Şəbəkə üzrə mühəndis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.10.2019
  • Bitmə tarixi : 24.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Aztelekom
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az