Mühasib
FF Group

Iş haqqında

Employer: FF Group of Companies Mühasib Vəzifə və öhdəliklər: • Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək; • Vergi hesabatlarının (ƏDV, ÖMV, fiziki şəxslərin gəlir vergisi, mənfəət) hazırlanması və təqdim edilməsi; • İdxal olunan malların maya dəyəri ilə bağlı hesabatı tərtib etmək; • Tikinti obyektləri üzrə mal-material silgilərin 1C-də əks olunması; • Əmək haqqının hesablanması və 1C-də əks olunması; • DSMF və işsizlik sığortası hesabatlarının hazırlanması və təqdim edilməsi; • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; • Aylıq P&L, balans və digər maliyyə hesabatlarının hazırlanması; • Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsinə nəzarət, yaranan problemlərin araşdırılması və aradan qaldırılması; • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq; • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət; • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi Namizədə olan tələblər: • Ali təhsil; • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi; • MS Office proqramları, MS excel və 1C 8.3 peşəkar biliyi Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. [hidestr] Company: FF Group Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.10.2019
  • Bitmə tarixi : 24.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : FF Group
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az