Baş mühasib
Bioloji Təbabət Klinikası

Iş haqqında

Vakansiyanın adı: Baş mühasib İş yeri: Bakı şəhəri Əsas tələblər: • Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları) • Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə) • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı. • MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə) • ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir. • Komanda ilə işləmə qabiliyyəti. • Operativlik, məsuliyyətlilik. • Analitik düşünmə, analiz etmə, diqqətlilik. • Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti. • Ədalətlilik və düzgünlük. Vəzifə öhdəlikləri: • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi. • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi. • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi. • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi. • DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi. • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi. İş şəraiti: • İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün. • İstirahət: Bazar günü; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur. Son müraciət tarixi: 24.11.2019 Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində “Baş mühasib” qeyd edərək CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. [hidestr] Company: Bioloji Təbabət Klinikası Title: Baş mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.10.2019
  • Bitmə tarixi : 24.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 49
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Bioloji Təbabət Klinikası
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az