SƏTƏM mütəxəssisi
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: SƏTƏM mütəxəssisi İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs. İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 il iş təcrübəsi Təhsil: Ali Yaş həddi: 23-33 İşin təsviri: Şirkətdə nəqliyyat və daşımacılıq üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək. Vəzifə öhdəlikləri: - Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək; - Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; - İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək; - Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək; - İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək; - Təlimat jurnallarının imzalanmasına nəzarət etmək; - Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq. Tələblər: - SƏTƏM sahəsində sertifikatlar mütləqdir - MS Office (Word, Excel, PowerPoint, Outlook) bacarıqları. - İngilis və Azərbaycan dillərində yazılı və danışma bacarığı. - Bir komandanın bir hissəsi olaraq birlikdə işləmək bacarığı. - Elastik və uyğunlaşa bilən. - Nəticə və detal yönümlü. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat ilə çatdırılma. - Nahar ilə təmin edilir. - 6 günlük iş qrafiki. - Əmək müqaviləsi. - Endirimli Tibb xidməti. Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: SƏTƏM mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.10.2019
  • Bitmə tarixi : 27.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az