Əsas müştərilərlə iş üzrə menecer
Smarton MMC

Iş haqqında

2013-ci ildən etibarən Smarton MMC fəaliyyətini günbəgün genişləndirərək Azərbaycan bazarında inkişaf edir. Şirkət, Smarton.az onlayn mağazası vasitəsilə Azərbaycanda mövcud elektron məişət texnikası satışında alıcılara rahat xidməti təklif və təmin edir. Smarton MMC "Panasonic", "LG Electronics", "Daikin", "Gree", "Zwilling JA Henckels", "Citizen" kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir və müştərilərə avtorizə olunmuş Servis Mərkəzi vasitəsilə bütün iri məişət texnikasına 3 illik rəsmi zəmanət təqdim edir. Şirkət: Smarton MMC Vəzifə: Əsas müştərilərlə iş üzrə menecer Vəzifə öhdəlikləri: • satış nöqtələrini ziyarət etmək və qarşıya çıxan müvafiq məsələləri həll etmək • sifarişlərin seçilməsində və yerləşdirilməsində iştirak etmək • satış nöqtələrinin sayını artırmaq • satış hesabatlarını dəqiq şəkildə hazırlamaq • xarici partnyorlarla yazışmaları aparmaq • şəbəkələr üzrə qiymət analizini aparmaq • şəbəkələr üzrə məhsulların satışını stimullaşdırmaq məqsədilə aksiyalar müəyyən etmək • mağazada işçilərin bilik səviyyəsini yoxlamaq, lazım gəldikdə təlimlərin keçirilməsi haqqında təkliflər vermək Tələblər: • İqtisadiyyat və ya texniki sahədə ali; • Elektronika sahəsində təcrübə üstünlükdür; • Yüksək səviyyədə təhliletmə qabiliyyəti; • Təkliflər irəli sürmə, qərar qəbul etmə, tez adaptasiya olan, müştərilərlə keyfiyyətli ünsiyyət qurma qabiliyyəti; • Yüksək motivasiyalı, daima öyrənməyə və inkişafa meyllilik; • Azərbaycan dilini səlis, ingilis dili “intermediate” səviyyədə bilmək. (rus dili üstünlükdür) Əmək haqqı və iş şərtləri: • Əmək haqqı 1000-1200 azn. • İş qrafiki həftədə 5 gün olmaqla 1-5 günlər 10:00-19:00 • AR ƏM-nin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmə Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Əsas müştərilərlə iş üzrə menecer" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq. Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. [hidestr] Company: Smarton MMC Title: Əsas müştərilərlə iş üzrə menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.10.2019
  • Bitmə tarixi : 27.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 43
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Smarton MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az