Mühasib
Rimex Logistics

Iş haqqında

RIMEX LOGISTICS Mühasib Vəzifə öhdəlikləri • Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması; • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.) • Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi; • Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması; • Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi; • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət; • Aylıq maliyyə hesabatlarının hazırlanması; • Satış və debitor borc hesabatın hazırlanması; • Alış və kreditor borc hesabatının hazırlanması. Namizədə tələblər • Yaş: 25-35 • Cinsi: qadın • Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir) • İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il • Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür • Kompüter bilikləri: MS Office/Excel (əla) İş şərtləri • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Telefon danışıqları şirkət tərəfindən ödəniləcək; • İş qrafiki həftənin 5 günü; • İş saatı: 09.00-dan 18.00 kimi, • Əmək Haqqı – 600 AZN Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq. Əlaqə telefonu : (012) 404 73 18; Web Səhifə : www.rimexlogistics.com Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində mühasib yazılmaqla göndərmələri xahiş olunur. QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. [hidestr] Company: Rimex Logistics Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 29.10.2019
  • Bitmə tarixi : 28.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 45
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Rimex Logistics
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az