Baş mühasib
Qarabağ Taxıl MMC

Iş haqqında

“Səba” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirən “Qarabağ Taxıl” MMC -yə BAŞ MÜHASİB tələb olunur . Müəssisə ölkənin 5 rayonunda – Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Əkiçilik şirkətlər qrupu 5 törəmə müəssisəsidən ibarətdir. “Qarabağ Taxıl” MMC vakansiyası - Baş mühasib • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti. • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək. • Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək; • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək; • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək; • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinənəzarət etmək. • Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək; • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək. Namizədə tələblər • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) • Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur; • 1C Proqram təminatında işləmə bacarığı • Stresədavamlı, tələbkar, məsuliyyətli; • Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı; • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək. • İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır. İş şəraiti: • İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün. • İstirahət: Bazar günü; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur : 2500 – 3500 AZN Əlaqə nömrəsi : +994 12 446 16 01 Email: [email protected] Əlaqəli şəxs: Ruslan Behbudov [hidestr] Company: Qarabağ Taxıl MMC Title: Baş mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 29.10.2019
  • Bitmə tarixi : 28.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 80
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Qarabağ Taxıl MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az