İnsan resursları üzrə mütəxəssis
Prive Steak Gallery

Iş haqqında

İnsan resursları üzrə mütəxəssis İş yeri: Prive Steak Gallery Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A; İş qrafiki-həftədə 6 gün,09:00-18:00; Əmək haqqı-700-1000AZN; Vəzifə öhdəlikləri: - Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək; - İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; - Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq; - Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək; - İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək; - Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək; - Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək; - İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; - Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək; - İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək. Tələblər: - Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək; - Ali təhsilli; - Bu sahədə minimum 2 il iş təcrübəsi; - E-gov Elektron Hökumət Portalında işləyə bilmək; - Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır; - Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək; - Ünsiyyət qurma bacarığı; - Problemləri həll etmə bacarığı; - Detallara xüsusi diqqətlilik; - Stresə davamlı. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə bilər. [hidestr] Company: Prive Steak Gallery Title: İnsan resursları üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 30.10.2019
  • Bitmə tarixi : 29.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 43
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Prive Steak Gallery
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az