Mexanik (yük maşınları və ya ağır texnika)
Aztikintiyol MMC

Iş haqqında

Mexanik (yük maşınları və ya ağır texnika) İş barədə tələblər - Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək - Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək - Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq - Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq - İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək - Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək - Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq - İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq - Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması - İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması - Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək - Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq - Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi Namizəd barədə tələblər Ümumi tələblər - Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə) - Cinsi - Kişi - Sürücülük vəsiqəsinin olması üstünlükdür - Yaş həddi 25-45 Bilik və təcrübə - Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərindən birini bilmək üstünlükdür) - İş təcrübəsi: 3-5 il - Yük maşınları və ağır texnikanın əsas iş prinsipləri - Yük maşınları və ağır texnikanın texniki xüsusiyyətləri, imkanları və məhdudiyyətləri - Mexanikanın və kinematikanın əsas anlayış və qaydaları - Mexanizmlərin qovşaq və detallarının təsnifatı, onların funksionallıq meyarları və onların işinə təsir edən faktorlarnı sintez və analiz (təhlil) üsulları - Statik güc çeviriciləri, onların xarakteristikaları və istifadə sahələri - Sabit və dəyişən cərəyanların elektrik dövrələrinin nəzəriyəsinin əsas anlayış və qaydaları - Qəzaların növləri və onların yaranma səbəbləri - Yük maşınlarının və ağır texnikanın əsas konstruktiv elementləri, qurğu və sistemləri - Yük maşınlarının hərəkətləndiricisinin quruluşu, onun tərkibində elektrik mühərrikinin işə salınma, tormozlanma və tənzimlənmə rejimləri Bacarıq - İş saatlarında çeviklik - Təzyiq altında işləmək - Sadə mexaniki cizgiləri başa düşmək - Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək - Açıq məkanda işləmək - Yük maşınlarının və ağır texnikanı idarəetmək - Şifahi və yazılı təlimatları başa düşmək və riayət etmək (digər dillərdə olan təlimatları da başa düşmək) İş şərtləri - İş qrafiki - 5 günlük - Əmək haqqı – 800-1200 AZN (namizədə görə dəyişəcək) - Nahar və nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Mexanik” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər: [hidestr] Company: Aztikintiyol MMC Title: Mexanik (yük maşınları və ya ağır texnika) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 30.10.2019
  • Bitmə tarixi : 29.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 73
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Aztikintiyol MMC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az