Daxili Nəzarət üzrə Mütəxəssis
PASHA Bank

Iş haqqında

Daxili Nəzarət üzrə Mütəxəssis Azərbaycanın ən böyük Korporativ bankı PAŞA Bank komandasına qoşulmaq üçün Daxili Nəzarət üzrə Mütəxəssis axtarır. Vəzifənin məqsədi Bankın reputasiyasına müsbət təsir etmək; korrupsiya, firildaqçılıq və bazar istismarı ilə bağlı hər növ iştirakdan qorumaq; komplayns sahəsində müvafiq qanunvericiliyə, qaydalara uyğun olmasına nəzarət etməyə (cəmiyyətdə korrupsiyaya qarşı mübarizə, bazar davranışı, maraqların toqquşması, müştərilərə ədalətli davranmaq və s. daxil olmaqla) məsuliyyət daşıyır. Vəzifə öhdəlikləri • Bankın sədri tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, əməliyyatların gündəlik monitorinqi; • Kiçik mütəxəssislər tərəfindən təqdim edilən monitorinq nəticələrin yoxlanılması • Biznes proseslərin düzgün icra olunmasının yerində yoxlanması (kənar yoxlama); • Gündəlik əməliyyatların monitorinqi (səlahiyyətləri çərçivəsində) • Bankda aşkar edilmiş şübhəli əməliyyatlar üzrə müvafiq tədbirlər barədə tövsiyələrin hazırlanması • Reputasiya riskinin monitorinqi, potensial reputasiya riskləri sahələrinin müəyyən edilməsi və hesabatların hazırlanması • Bank əməkdaşlarına komplayns məsələləri üzrə müvafiq məlumatların verilməsi • Müəyyən edilmiş komplayns insidentləri barədə şöbə müdirinə hesabatların verilməsi; • Bank əməkdaşlarının Davranış Məcəlləsinə, qanunlara, mərkəzi bankın qaydalarına, bankın siyasətinə və proseduralara uyğunluğuna nəzarət; • Müştərilərin əməliyyatların qanunvericiliyinə uyğun olmasına nəzarətin həyata keçirilməsinə dəstək (kömək); • Reputasiya risklərinin azaldılmasına dəstək Tələb olunan bilik, bacarıq və təcrübə • Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr) • Tələb olunan iş təcrübəsi: Audit, Daxili Nəzarət, Risk və ya digər uyğun sahələrdə 2-4il • Xarici dillər: İngilis (sərbəst) • Kompüter bilikləri: Microsoft Office Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Daxili Nəzarət üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır. [hidestr] Company: PASHA Bank Title: Daxili Nəzarət üzrə Mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 30.10.2019
  • Bitmə tarixi : 29.11.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 41
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PASHA Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az