F&B Manager
Cafe de Baku

Iş haqqında

Cafe de Baku müxtəlif yaş qrupları üzrə rahat zaman keçirə biləcəyiniz, yerli və dünya mətbəxinin ən ləziz təamları dadacağıniz məkanlardan biridir. Hazırda komandaya “F&B” menecer vakansiyası üzrə işçi axtarışındayıq. İşin təsviri: - Cafe və restoran xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi; - Müştəri məmnuniyyətin saxlanması. Hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək; - İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək; - Müəssisənin daxili siyasətinə uyğun olan hesabatlılığın təmin edilməsi - Kadr hazırlığı, komandada adaptasiyasını təmin etmək; - Gündəlik işçi heyətə təlimlərin keçirilməsi - Effektiv təchizat zəncirinin idarə edilməsi; - Məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyətin bölüşdürülməsini təmin etmək, ilkin və yekun nəticəni aidiyyatlı şəxslərə təqdim etmək; - Mətbəxlə koordinasiya etmək şərtilə Təchizat standartlarının bəlli edilməsi və yönləndirilməsi - Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək; - Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək - İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək; - İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq; - Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək; - Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək Tələblər: - Ali təhsil, otelçilik və ya xidmət sahəsində əlavə təhsil ; - Restoran və ya Cafe sahəsində 3-5 il F&B menecer təcrübəsi ; - Əsas idarəetmə proseslərini başa düşmək; - Yetkinliklərin inkişafı: liderlik, təşəbbüs, rahatlıq və adaptasiya; - Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunan İş şəraiti: Əmək haqqı müsahibə zamanı müəyyən edilir (1500-2000 AZN, aylıq satışdan %) İş qrafiki: 6/7 CV-nizi (şəkil şərtdir) mövzü bölüdə “F&B Manager” qeyd edərək [email protected] ünvanına göndərməyinizi xahiş edirik Yalnız tam şərtlərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq. [hidestr] Company: Cafe de Baku Title: F&B Manager [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 04.11.2019
  • Bitmə tarixi : 04.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Cafe de Baku
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az