Aparıcı mühasib
Azertexnolayn LLC

Iş haqqında

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Aparıcı mühasib” vakansiyası üzrə əməkdaş axtarırıq. Əsas vəzifə öhdəlikləri: - Məhsulun maya dəyərinin hesablanması; - Əsas vəsaitlərin uçotunun aparılması; - İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi; - Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi; - Bank əməliyyatlarının aparılması; - Şirkətlərlə üzləşmələrin aparılması, təhtəlhesabların yoxlanılması; - Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi; - İnventarizasiyasının aparılmasında iştirak edilməsi; - Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, -məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi. Seçim meyarları: İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il Təhsili/ixtisası: Ali iqtisadi təhsil Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə) İş şərtləri: Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00 İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Aparıcı muhasib" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur [hidestr] Company: Azertexnolayn LLC Title: Aparıcı mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 07.11.2019
  • Bitmə tarixi : 07.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 38
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Azertexnolayn LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az