Kompensasiya və müavinətlər üzrə mütəxəssis
PAŞA Sığorta

Iş haqqında

“PAŞA Sığorta” ASC namizədləri Kompensasiya və müavinətlər üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: • Şirkət üzrə aylıq əmək haqlarını, mükafat, əlavə iş saatları və tutulmalara dair məlumatları hesablamaq, Əmək Haqqı sisteminə (Protech) daxil etmək və ödənişi təmin etmək; • Əlavə ödəniş və ya tutulmalara dair təqdim olan sənədləri yoxlamaq və ehtiyac yaranarsa, hesablamalara dair müvafiq funksiya rəhbərləri ilə aydınlaşdırıcı görüşlərin təşkil edilməsi; • Hər bir əmək haqqı hesablanması dövründə əməliyyatların vaxtında və dəqiq yerinə yetirilməsi üçün iş prosesi təşkil etmək və idarə etmək; • Əməkdaşın aylıq ödənişinə təsir edən bütün vergi və ya əmək qanunvericiliyi tələblərindən irəli gələn dəyişiklikləri araşdırmaq və həyata keçirmək; • Əməkdaşın sorğularını araşdırmaq və onlara vaxtında cavab vermək; • Tələb olunduqda əməkdaşların əmək haqqı ödənişlərini fərdi qaydada yoxlamaq; • Müvafiq tapşırıq verildikdə və ya vəzifə öhdəlikləri ilə tələb olunduqda şöbə daxilində digər sahələr üzrə dəstək göstərmək; • Əməkdaşların fəaliyyətinə təsir edəcək məmnuniyyət proqramlarının, benefit paketlərinin hazırlanması; • Biznes hədəflərinə və strategiyaya uyğun olan Kompensasiya paketinin hazırlanması; • Əməkdaşlara təqdim olunan məmnuniyyət proqramlarının və benefit paketlərinin gözləniltilərə uyğunluğunu yoxlamaq məqsədilə illik sorğuların keçirilməsi, yeni təkliflərin toplanılması, analızı və proses edilməsi, ümumi bazar araşdırmalarının aparılması; • Əməkdaşların şirkətə bağlılığını və məmnuniyyəti artırmaq məqsədi ilə yeni motivasiya sistemlərinin araşdırılması, bazar analizinin təşkil olunması və təşəbbüslərin rəhbərliyə təqdim olunması; • İllik əmək haqqı fonduna birbaşa nəzarət və büdcə istifadəsi üzrə müvafiq hesabatların tərtib olunması; • Bütün məsələlərə münasibətdə məxfilik qaydalarına uyğun davranmaq. Bilik və bacarıqlar: • Əmək haqqının hesablanması üzrə iş təcrübəsi; • Əmək haqqının hesablanması və əmək haqqından gəlir vergisinin tutulması ilə bağlı qanunları dərindən bilmək; • Standart əmək haqqı/mühasibat uçotu anlayışları, təcrübələri və prosedurlarını yaxşı bilmək; • Əmək məcəlləsi üzrə dərin biliklər; • Yüksək səviyyədə excell bilirkləri. BACARIQLAR • Dəqiqlik və məxfiliyi ən yüksək səviyyədə qoruyub saxlamaq; • Müstəqil işləmək, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları; • Yüksək peşəkarlıq səviyyəsi ilə aydın və qısa ünsiyyət qurmaq üçün tələb olunan mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları; • Güclü etik dəyərlərə malik olmaq; • Vaxt məhdudiyyəti şəraitində sərbəst işləyə bilmək; • Əsaslandırılmış qərar verə bilmək bacarığı; • Tapşırıqların yerinə yetirilməsində davamlı olaraq operativlik nümayiş etdirmək; • Təzyiq altında işləmək və problemləri həll etmək bacarıqları; • Komandada işləmək bacarığı Son müraciət tarixi: 30 noyabr, 2019-cu il. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: PAŞA Sığorta Title: Kompensasiya və müavinətlər üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 08.11.2019
  • Bitmə tarixi : 08.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PAŞA Sığorta
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az