Xərclər üzrə Mühasib
Yeni Qalaaltı Hotel Company

Iş haqqında

Qalaaltı Otel & Spa Şabran şəhərində Maliyyə komandasına qoşulmaq üçün açıqfikirli və enerjili Xərclər üzrə Mühasib axtarır. Vəzifə öhdəlikləri: • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi; • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi; • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak; • Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi; • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması; • Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması; • Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət; • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət; • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi; • Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması; • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Təhsil/Təcrübə: • Ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir); • İngilis dili arzu olunandır; • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, 1C proqramını bilənlərə üstünlük verilir; • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq; • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır. Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə; • İş qrafiki: Altı günlük iş həftəsi • İş yeri: Şabrah şəhəri • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. "Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir. [hidestr] Company: Yeni Qalaaltı Hotel Company Title: Xərclər üzrə Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 12.11.2019
  • Bitmə tarixi : 12.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 45
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Yeni Qalaaltı Hotel Company
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az