Mexanika mühəndisi-layihəçi
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Mexanika mühəndisi-layihəçi İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 32-45 İşin Təsviri: Layihənin mexaika bölümünü dərindən araşdıraraq, düzgünlüyünü yoxlayır, layihə işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlayır. Vəzifə öhdəlikləri: - Mexanika layihələrinin hazırlanmasında iştirak etmək və ya layihələndirmək - Layihələndirmə zamanı yerli və beynəlxalq norma və qaydalara uğun səmərəli təkliflərin hazırlamaq - Layihələndirmə və tikinti üçün normativ materialların işlənib hazırlanmasında iştirak etmək - Mexaika cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək - Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq - Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgün və səmərəli təkliflər hazırlamaq və sifarişçi ilə müzakirələr aparmaq - Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihənin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ əasa tutmaqla hesabatlar aparmaq - Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsinə, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq, məmulat və materialların müəyyən edilməsi prosseslərində iştirak etmək - Layihə işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlamaq - Subpodrat təşkilatlara texniki tapşırıqlar işləyib hazırlamaq və tapşırıqların icrası üçün onları lazımi məlumatlarla təmin etmək - Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək - Layihənin digər hissələri ilə Mexanika hissəsinin uzlaşdırmasını, lazımi texniki sənədlərin komplektliyini, layihələndirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək - Mexanika avadanlıqlarının quraşdırılması və onların testinin aparılmasında iştirak etmək - Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək Tələblər: - Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı; - Planlama qabiliyyəti; - Yüksək təşkilatçılıq bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. - AutoCAD (əla səviyyədə) Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - 6 günlük iş qrafiki; - Əmək müqaviləsi. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Mexanika mühəndisi-layihəçi” yazmaqla müraciət edilir. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: Mexanika mühəndisi-layihəçi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 13.11.2019
  • Bitmə tarixi : 13.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az