Satınalma müdiri
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Satınalma müdiri İş yeri: Bakı şəhəri İş təcrübəsi: Satınalma müdiri kimi 5 il, satınalma üzrə cəmi 10 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 32-55 İşin Təsviri: Şirkətin üçün tikinti materialları, avadanlıqları və s. satın alınması və çatdırılması proseslərinin həyata keçirilməsini təmin edir. Vəzifə öhdəlikləri: - Daxil olan sifarişlərin icra olunmasını təmin etmək; - Daxil olan satınalma sifarişlərinin qəbulu, qiymətləndirilməsini yoxlamaq; - Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında təmin edilməsinə nəzarət etmək; - Təchizatçı firmalarla danışıqların aparılmasına nəzarət etmək, yekun şərtlərin müəyyən edilməsi və müqavilənin bağlanmasında iştirak etmək; - Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq; - Sifarişin qəbulundan, malın çatdırılması, xidmətlərin icrası, prosesə nəzarət və tədarükçülərə ödənişlərin icra olunmasınadək olan satınalma prosesinin tam sənədləşdirməsi və icrasını nəzarətdə saxlamaq; - Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək. Tələblər: - Azərbaycan, rus, türk və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; - Planlama qabiliyyəti; - Yüksək təşkilatçılıq bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. - ERP proqram biliyi Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - 6 günlük iş qrafiki; - Əmək müqaviləsi. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Satınalma müdiri” yazmaqla müraciət edilir. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: Satınalma müdiri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 13.11.2019
  • Bitmə tarixi : 13.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 42
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az