Tikinti layihə rəhbəri
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Tikinti layihə rəhbəri İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 32-40 İşin Təsviri: Sahədə görülən bütün işlərin icrası, keyfiyyət, təhlükəsizlik və hesabatların aparılmasını təşkil edir. Vəzifə öhdəlikləri: - Sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, əmək haqqı və əmək məhsuldarlığı artımlarının arasındakı düzgün nisbətə riayət edilməsini təmin etmək - Tikinti-quraşdırma işlərinin kompleks mexanikləşdirilməsi, əməyin elmi təşkili və yeni texnikanın tətbiqi, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin əmək-tutumunun və maya dəyərinin aşağı salınması, əməyin mütərəqqi üsul və metodlarının ümumiləşdirilməsi və yayılması üzrə iş aparmaq - Sahənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil etmək - Tikinti sahəsinin planının formalaşması üçün işlər toplusunun tərkibini hazırlamaq - Sahədə istehsalat tapşırıqlarının yerinə yetirilməsi, eləcə də material, konstruksiya və detalların daxil olması haqqında gündəlik operativ məlumatların toplanmasını, rəhbərliyə və müvafiq xidmətlərə çatdırılmasını təşkil etmək - İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək - Tabeliyində olan işçilərə. rəhbərlik etmək, onlara icra üçün tapşırıqlar müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək - Müqavilə əsasında sahənin obyektlərində işləyən subpodrat təşkilatları yardımçı bina, enerji, yerli tikinti materialları və s. ilə təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və onlar tərəfindən icra olunan işləri qəbul etmək - Başa çatmış ayrı-ayrı mərhələ və iş komplekslərini sifarişçiyə təhvil vermək - Obyektlərin istismara verilməsində iştirak etmək - Mexanizasiya, nəqliyyat, materiallara və digər məqsədlərə sərf edilmiş xərclərə nəzarəti təşkil etmək - Sahə işçilərinin seçilməsi, yerləşdirilməsi və onlardan məqsədəuyğun istifadə edilməsi işini yerinə yetirmək, briqadaların say və peşə-ixtisas tərkibinin komplektləşdirilməsi üzrə işdə iştirak etmək, sahədə iş yerlərinin attestasiyası üzrə komissiyanın işini təşkil etmək - Texnoloji ləvazimat, mühafizəedici vasitələrin və sanitar-məişət binalarının, eləcə də tikinti maşın və mexanizmlərinin, enerji qurğularının, nəqliyyat vasitələrinin təyinatına uyğun istifadə edilməsini təşkil etmək - Təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil etmək, aidiyyatı orqanlara istehsalat zədələnmələri barədə vaxtlı-vaxtında məlumat vermək, müəyyən olunmuş qaydada onları tədqiq etmək, istehsalat zədələnmələrinə yol verməmək məqsədilə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək, onların vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək - Sahədə müntəzəm olaraq xüsusi baxış keçirmək, fəhlələrin əmək şəraitini yoxlamaq və aşkar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görmək - Mühəndis-texniki işçilər, briqadirlər və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər ilə birlikdə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulması nəticəsində yaranmış halların araşdırılması haqqında iş aparmaq, mühəndis-texniki işçiləri və fəhlələri vaxtlı-vaxtında əməyin təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş əmr və sərəncamlarının məzmunu ilə tanış etmək - Korporativ prosedurlar və təhlükəsizlik qaydaları çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək - Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət etmək Tələblər: - Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı; - Planlama qabiliyyəti; - Yüksək təşkilatçılıq bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. - AutoCAD Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - 6 günlük iş qrafiki; - Əmək müqaviləsi. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Tikinti layihə rəhbəri” yazmaqla müraciət edilir. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: Tikinti layihə rəhbəri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 13.11.2019
  • Bitmə tarixi : 13.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 51
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az